Azərbaycan və Çin mülki aviasiya sahəsində pilotların hazırlanması üçün əməkdaşlıq edəcək
Pekin, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çində bu ölkənin aviasiya siyasətini formalaşdıran Çin Mülki Aviasiya Administrasiyasının rəhbəri Son Ciyonla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında aviasiya sahəsində əməkdaşlığın inkişafı, o cümlədən pilotların hazırlanması, təlimlərin təşkili məsələləri müzakirə olunub.
Bundan başqa, Azərbaycan ilə Çin arasında mülki uçuşların və təyinat məntəqələrinin artırılması, Çin şirkətlərinin Azərbaycanın regional hava limanlarının operatorluğuna dair fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Çinin aviasiya və logistika şirkətlərinin nümayəndələri ilə görüşləri olub, ölkəmizin müvafiq sahələr üzrə potensialı barədə təqdimatlar edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi COP28 konfransının Nazirlər Toplantısında təmsil olunub
Ötən ay 14 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib
Nazir: Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir
FAO: Kənd yerlərinin rəqəmsal inkişafı üçün böyük potensial var