Azərbaycan gömrükçüləri Avropa Komissiyasının keçirdiyi təlimdə iştirak edib
Bakı, 28 sentyabr, AZƏRTAC
Litva Respublikasının paytaxtı Vilnüs şəhərində “Gömrük Əməkdaşlığı üzrə Şərq Tərəfdaşlığı" mövzusunda təlim keçirilib.
Avropa Komissiyası, Avropa Xarici İşlər Nazirliyi, Litvanın Xarici İşlər Nazirliyi və Gömrük Departamentinin təşkil etdiyi seminar iki gün davam edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Şərq tərəfdaşlığı ölkələrinin gömrük və sərhəd xidmətlərinin mütəxəssisləri təmsil olunub. Seminarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Katibliyinin rəisi Əsgər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Tədbirin məqsədi Şərq tərəfdaşlığı ölkələri arasında inteqrasiya edilmiş sərhəd idarəçiliyi, qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşılması sahəsində əməkdaşlığın gücləndirilməsidir.
Seminarda gömrük sahəsində Avropaya inteqrasiyaya dair son nailiyyətlər, qarşıda duran vəzifələr, gələcək birgə fəaliyyət üzrə perspektivlər barədə təqdimatlar nümayiş etdirilib.
Həmçinin seminar iştirakçılarının Litva-Belarus sərhədində yerləşən “Medininkai” gömrük-sərhəd buraxılış məntəqəsinə və yük nəqliyyat vasitələrinin dayanacağına səfəri təşkil edilib, onlara elektron növbə sistemi, sərhəd idarəçiliyində tətbiq edilən yeniliklər barədə məlumat verilib.
Ötən ay 14 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib
Nazir: Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir
FAO: Kənd yerlərinin rəqəmsal inkişafı üçün böyük potensial var
Pirallahı Sənaye Parkında yeni rezident qeydiyyata alınıb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Abşeronda vətəndaşlarla görüşəcək