×
A
A
A
Sazlamalar

Xidmət rəisi: Yeni Məcəllə ilə dövlət orqanlarının rəqabət mühitinə təsiri minimallaşdırılacaq

Bakı, 28 sentyabr, AZƏRTAC

Dövlət və digər müvafiq orqanların rəqabət mühitinə təsirinin minimallaşdırılması üçün geniş qadağaların müəyyən edilməsi artıq Rəqabət Məcəlləsi layihəsində öz əksini tapıb.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 28-də keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, subsidiya və digər dövlət yardımlarının verilməsi prosesində rəqabət orqanının rəyinin alınması tələbi də sənəd layihəsində əks olunub.

 

İqtisadiyyat 2023-09-28 14:12:00