Rəqabət Məcəlləsində təbii inhisar subyektlərinə tətbiq ediləcək yeni yoxlama qaydaları müəyyən ediləcək
Bakı, 28 sentyabr, AZƏRTAC
Yeni Rəqabət Məcəlləsində təbii inhisar subyektlərinə tətbiq ediləcək ayrıca yoxlama qaydaları müəyyən ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 28-də keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, layihəyə görə dövlət nəzarətinin bütün mərhələləri (şikayət, təhlil, monitorinq, yoxlama, ekspert və mütəxəssislərin cəlb edilməsi və s.) təfərrüatlı tənzimlənəcək. Məcəlləyə bazar monitorinqi və yoxlamaları əlavə nəzarət tədbirləri kimi daxil edilib.
Layihəyə əsasən dövlət nəzarət tədbirinin həyata keçirilməsi zamanı bazar subyektinin hərəkətlərinin rəqabətin məhdudlaşdırılmasına əhəmiyyətli və ya bərpaolunmaz təsiri olan hərəkətlərini dayandıran və ya onların qarşısını alan müvəqqəti tədbir alətləri müəyyən edilir.
COP-28 çərçivəsində SOCAR ilə bir sıra xarici şirkətlər arasında vacib sənədlər imzalanıb
® Tam istədiyiniz ulduz, Tam DigiCard-la!
Pərviz Şahbazov Dubayda bir sıra görüşlər keçirib
Energetika naziri ilə ABŞ Dövlət katibinin köməkçisinin görüşü olub