“Enterprise Azerbaijan”ın təşkil etdiyi birinci “Startup School”un qalibləri ABŞ-da treninqlərə qoşulub
Bakı, 28 sentyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva və meneceri Nəzrin Əkbərovanın, həmçinin portalın təşkil etdiyi birinci “Startup School” layihəsinin qalibi olmuş “Abroadventure” komandasının üzvlərinin ABŞ-a səfəri davam edir.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilən “Reno startap həftəsi”ndə (Reno Startup Week) iştirak edən heyət artıq tədbir çərçivəsində təşkil olunan treninqlərə qatılıblar. Burada “Abroadventure” komandasının üzvləri treninqlərdə çıxışçıları dinləyirlər, qabaqcıl təcrübələrlə tanış olurlar və tərəfdaşlarla fikir mübadiləsi aparırlar. Həmçinin onlar “Enterprise Azerbaijan”ın dəstəyi ilə investor və sahibkarlarla görüşürlər, onların startaplarla bağlı fikir və tələblərini öyrənirlər.
Qeyd edək ki, beş gün davam edəcək “Reno startap həftəsi” çərçivəsində 40-dan çox treninq, seminar və çıxışların təşkili nəzərdə tutulub. Tədbirin sponsorlarından biri olan ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi “Enterprise Azerbaijan”ın tərəfdaşıdır.
COP-28 çərçivəsində SOCAR ilə bir sıra xarici şirkətlər arasında vacib sənədlər imzalanıb
® Tam istədiyiniz ulduz, Tam DigiCard-la!
Pərviz Şahbazov Dubayda bir sıra görüşlər keçirib
Energetika naziri ilə ABŞ Dövlət katibinin köməkçisinin görüşü olub