Budapeştdə 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir təşkil olunub VİDEO
Budapeşt, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın Macarıstandakı səfirliyində 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Budapeşt şəhərində işgüzar səfərdə olan nümayəndələri, səfirliyin əməkdaşları, Macarıstandakı Azərbaycan Evinin rəhbərliyi, Azərbaycan diasporunun təmsilçiləri, paytaxtda yaşayan və təhsil alan azərbaycanlı və əcnəbi gənclər iştirak ediblər.
Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxış edərək Anım Gününün xalqımız üçün iki mühüm məna daşıdığını diqqətə çatdırıb. Deyib ki, sentyabrın 27-də qəhrəmanlarımızın xatirəsini yad etməklə yanaşı, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin başladığı gün də qeyd olunur. Diplomat çıxışında ABŞ Prezidenti Tomas Ceffersonun “azadlıq ağacının zaman-zaman vətənpərvərlərin qanı ilə suvarılmalı olduğu” sözlərinə istinad edib.
T. Tağızadə Macarıstanın ölkəmizin beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyinə göstərdiyi dəstəyin Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülhə nail olunmasına, eləcə də Avropanın təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
USAID: Qlobal inkişaf aləti, yoxsa geosiyasi təsir vasitəsi? TƏHLİL
Vado Şakarişvili: USAID sülhün deyil, müharibələrin, antidemokratiyanın, korrupsiyanın beşiyi olub
USAID-in ölkəmizdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar çox müsbət addımdır - ŞƏRH
Aleksandr Kovalenko: Bu çətin şəraitdə Azərbaycanın Ukraynaya dəstəyi əvəzsizdir VİDEO