Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plana əsasən şəxsi heyət tərəfindən Şəhidlər xiyabanları ziyarət olunub, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlər çərçivəsində ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub, Vətən müharibəsinə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, xalqımızın qələbədəki rolundan, qəhrəman oğullarımızın igidlik və şücaət nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən danışıblar.
Anım Günündə, həmçinin hərbi qulluqçularımız müxtəlif bölgələrdə şəhid ailələri və müharibədə sağlamlıqlarını itirən vətəndaşlarımızın iştirakı ilə keçirilən ağacəkmə aksiyalarında iştirak ediblər.
Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib VİDEO
Baş Qərargah rəisi yüksək dağlıq ərazidə yerləşən hərbi hissələrin döyüş hazırlığını yoxlayıb VİDEO
Gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu böyükdür
Ziyafət Əsgərov: Hərbi qulluqçuların xidmətkeçmə müddətində dəyişiklik nəzərdə tutulur
Azərbaycan Ordusunda "Ən yaxşı psixoloq" müsabiqəsi keçirilib