Mariya Zaxarova: Rusiya bütün mübahisəli məsələlərin istisnasız siyasi-diplomatik həllinin tərəfdarıdır
Moskva, 27 sentyabr, AZƏRTAC
Moskva inanır ki, Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin açılması həmin marşrutların milli ərazisindən keçdiyi hər bir ölkənin suverenliyi və yurisdiksiyasına qarantiya verməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
Diplomat qeyd edib: “Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb. Onlar əməli fəaliyyətdə bu prinsipləri rəhbər tuturlar. Rusiya tərəfi vəziyyətin sabit olmasında maraqlıdır və bütün mübahisəli məsələlərin istisnasız siyasi-diplomatik həllinin tərəfdarıdır”. O vurğulayıb ki, Ermənistan və Azərbaycan Rusiya üçün müttəfiq dövlətlərdir.
“İrəvanla bizi həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində təhlükəsizlik üzrə öhdəliklər birləşdirir. Bakı ilə yüksək səviyyədə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti üzrə Bəyannamə uğurla həyata keçirilir. Regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsi Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun xətti ilə ən geniş şəkildə müzakirə olunur. İnanırıq ki, həmin marşrutların milli ərazisindən keçdiyi hər bir ölkənin suverenliyi və yurisdiksiyasına qarantiya verilməsi üzrə həll yolları məhz bu formatda qarşılıqlı qəbul edilməli və ediləcək”, -deyə M.Zaxarova bildirib. O əlavə edib ki, maraqlar balansına əsaslanan belə razılaşmalar “həm region ölkələrinə, həm də onların qonşularına fayda gətirəcək”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Sofiyada Ulu Öndərin həyatı və fəaliyyəti barədə kitabın təqdimatı olub
Azərbaycan və Əlcəzair Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Avropa Parlamentindən Karampetyanın çirkli pullarının qoxusu gəlmirmi?