×
A
A
A
Sazlamalar

DSX: Ruben Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb VİDEO

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
DSX-nin Mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, R.Vardanyan Xidmətin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

Siyasət 2023-09-27 14:43:00

Video