Seulda son on ildə ilk dəfə hərbi parad keçirilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Bu gün Seulda 3,7 min hərbçinin və 170 ədəd hərbi texnikanın iştirakı ilə son on ilin ilk hərbi paradı keçirilib.
AZƏRTAC xəbər verir ki, Seulda 2013-cü ildən bəri keçirilən ilk hərbi parad Pxenyanın nüvə və digər kütləvi qırğın silahları texnologiyasını inkişaf etdirmək cəhdləri və Koreya Respublikasının hərbi potensialını artırmaq istiqamətində fəaliyyəti fonunda baş tutub.
Silahlı Qüvvələri Gününə həsr olunan paradda K2 tankları, pilotsuz uçuş aparatları, “Hyunmoo” raketləri, pilotsuz sualtı aparatlar, həmçinin hazırda üzərində işlərin aparıldığı və 50-60 kilometr hündürlükdə ballistik raketləri vura biləcək zenit raketləri nümayiş olunub. Lakin yağışlı hava şəraiti ilə əlaqədar F-35 təyyarələrinin və AH-64 “Apache” helikopterlərinin uçuşları ləğv edilib.
Cənubi Koreya Prezidenti Yun Sok Yol, müdafiə naziri Li Çjon Sopun da iştirak etdiyi parada Vaşinqtonun Seulla hərbi ittifaqını xatırlatmaq üçün 300 amerikalı hərbçi də qatılıb.
İspaniyada enerji böhranına görə AES-lərin fəaliyyəti dayandırılıb
Cənubi və Qərbi Avropada elektrik şəbəkələrinin fəaliyyətində genişmiqyaslı nasazlıq baş verib
Azərbaycan komandaları Lefkoşada keçirilən TECHNOFEST-2025 Festivalının finalında iştirak edəcək
Pekin Si Cinpin ilə Donald Tramp arasında telefon danışığı iddialarını təkzib edib
Cənubi Koreyada güclü meşə yanğınlarına görə sakinlər təxliyə ediliblər