İstiqlal Muzeyində “Tarixin izi ilə” adlı növbəti tədbir – sərgi
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində “Tarixin izi ilə” adlı növbəti tədbir - sərgi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunu göstərdiyi qəhrəmanlıq nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad olunmasından söhbət açılıb.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli, şəhid kapitan Kamil Şirinovun atası Əliş Şirinov, şəhid kapitan Fərid Dursunovun həyat yoldaşı Məryam Dursunova, şəhid kapitan Samir Mikayıllının atası Sabir Mikayıllı, şəhid baş leytenant İlqar Vəliyevin oğlu Vəli Vəlizadə, şəhid əsgər Əfqan Nəsirovun anası Kamalə Nəsirova, şəhid əsgər Səbuhi Sadıqovun anası Yeganə Sadıqova və şəhid çavuş Hilal İmanzadənin anası Rəfigə İmanzadə çıxış ediblər.
Bildirilib ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək 30 illik vətən həsrətinə son qoyub.
Qeyd edilib ki, Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı daima Azərbaycan dövlətinin nəzərindədir.
Sonra iştirakçılar oktyabrın 3-dək davam edəcək sərgi ilə tanış olublar.
UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib
Tbilisidə İlaxır çərşənbəsi təntənə ilə qeyd olunub
İğdır şəhər Xalq Kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib
Qala Qoruğunda “Bahar Sədası” Novruz şənliyi təşkil edilib
Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Çanaqqalada azərbaycanlı rəssamın fərdi sərgisi açılıb