×
A
A
A
Sazlamalar

Mahir Emreli Xorvatiyada turun rəmzi komandasına düşüb

Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan millisinin və "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mahir Emreli Xorvatiya çempionatında IX turun rəmzi komandasına düşüb.
AZƏRTAC xəbər verir ki, o “Rudes” ilə matçda (5:1) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Oyunçunun sözügedən qarşılaşmadakı çıxışı 8,3 xalla qiymətləndirilib.

İdman 2023-09-26 16:14:00