Mədəniyyət naziri Adil Kərimli Sumqayıtda vətəndaşları qəbul edəcək
Bakı, 26 sentyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 27-də saat 10:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi 53) Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar oktyabrın 20-dək Abşeron- Xızı Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı, (018) 64-4-46-04 (daxili 210) telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
Milli Dram Teatr “Qarabağnamə” tamaşası ilə Lənkəranda çıxış edəcək
Gənclər Kitabxanasında Ulu Öndərin 100 illik yubileyi çərçivəsində növbəti təqdimat
Türkiyədə “Keçmişdən bu günə əlyazmaların mühafizəsi” adı sərgi açılıb
“Oppenheimer” tarixi dramı Yaponiya kinoteatrlarında nümayiş olunacaq
Uşaq musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqənin diplomuna layiq görülüblər