×
A
A
A
Sazlamalar

“Novxanı bağları” yaşayış massivində içməli su təminatı yaxşılaşacaq

Sumqayıt, 26 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda üç minə yaxın sakininin yaşadığı əraziyə yeni içməli su xətləri çəkilir. “Novxanı bağları” yaşayış massivində aparılan işləri “Azərsu” ASC Bağlar Sukanal İdarəsi icra edir.
İdarədən AZƏRTAC-a bildirilib ki, yeni xətt 500-ə yaxın abonentin içməli su ilə təminatını daha da yaxşılaşdıracaq.
Bundan başqa, Sumqayıtın dənizkənarı Sahil küçəsində yerləşən kafe, restoran və digər ictimai-iaşə obyektlərinin kanalizasiya xətləri magistral xəttə birləşdiriləcək.
Eyni zamanda, uzunluğu 7 km olan adıçəkilən küçəyə 70 min kvadratmetr asfalt döşənməsi nəzərdə tutulub. Artıq yolun istismara yararsız asfalt qatının qaşınmasına başlanılıb.

Regionlar 2023-09-26 14:42:00