Le Pen: Fransa Nigerdən qoşun və diplomatlarını alçaldıcı şərtlərlə çıxarır
Bakı, 26 sentyabr, AZƏRTAC
Fransanın Afrikadakı xarici siyasətdə yol verdiyi xətalar Parisin Nigerdən qoşunlarını alçaldıcı şərtlərlə çıxarması və diplomatlarını geri çağırması ilə nəticələnən çıxılmaz vəziyyətə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu fikri “Milli birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen “France Inter” radiosunun efirində səsləndirib.
“Bu çox kədərlidir, çünki Fransanın Afrikadan qovulması təəssüratını oyadır. Başqa yolumuz yox idi. Biz alçaldıcı şərtlərlə səfirimizi geri çağırır və ordumuzu çıxarırıq. Bütün bunlar Fransa diplomatiyasının ciddi uğursuzluğudur”, - deyə siyasətçi bildirib.
Qeyd edək ki, sentyabrın 24-də Prezident Emmanuel Makron Fransa qoşunlarının Nigerdən çıxarılacağını və ölkədəki səfirin geri çağırdığını elan edib. Nigerdə Fransa kontingentinin sayı 1,5 min hərbçidən ibarətdir.
Türkiyə təhlükəsizlik qüvvələri İraq və Suriyada 7 terrorçunu zərərsizləşdirib
The Economist: Sürix və Sinqapur dünyanın ən bahalı şəhərləridir
Dubayda Ümumdünya İqlim Sammiti başlayıb