Azərbaycanın istedadlı basketbolçusu ABŞ-a gedir
Bakı, 26 sentyabr, AZƏRTAC
Gənc basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Hüseyn Qaflanov karyerasını daha üst səviyyədə davam etdirmək üçün federasiyanın dəstəyi ilə ABŞ-a yola düşəcək.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığmanın baş məşqçisi Tahir Baxşıyevin kəşf etdiyi 210 santimetr boya malik istedadlı oyunçu bu idman növünün sirlərinə daha yaxından yiyələnmək üçün 1 il müddətinə Cənubi Kaliforniya Akademiyasında (SCA) təhsil alacaq və hazırlıq kursları keçəcək.
Hazırlıq prosesində basketbolçuya peşəkar mütəxəssislər tərəfindən elit bacarıq təlimləri ilə yanaşı, atletik keyfiyyətlərin və sağlamlıq performansının artırılmasına dair proqramlar da tətbiq olunacaq.
Avropa və Çempionlar Liqasında ən çox qələbə qazanan baş məşqçilər bəlli olub
Azərbaycan Premyer Liqasında XVI turun təyinatları bəlli olub
“Sumqayıt” - “Qarabağ” matçı ilə Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək
Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər bəlli olub