Belqradda keçirilən dünya çempionatında uğurla çıxış edən MİK təmsilçiləri Vətənə qayıdıblar
Bakı, 26 sentyabr, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibində uğurla çıxış edən Mərkəzi İdman Klubunun (MİK) təmsilçiləri Vətənə qayıdıblar.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yarışlarda MİK təmsilçiləri 1 qızıl və 1 gümüş olmaqla Azərbaycanın aktivinə 2 medal yazdırıblar.
Qızıl medalı 82 kq çəki dərəcəsində mübarizə aparan kapitan Rafiq Hüseynov qazanıb. O, əzmkarlıq nümayiş etdirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Digər təmsilçimiz Həsrət Cəfərov isə 67 kq çəki dərəcəsində mübarizə apararaq gümüş medala layiq görülüb.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında dünya çempionu olub.
Qeyd edək ki, dünya çempionatında medal qazanan idmançılarımızın məşqçisi MİK-in nümayəndəsi baş leytenant Həsən Əliyevdir.
Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağı keçirilib, idarə heyətinə yeni üzv seçilib
Azərbaycanı Avropa çempionatında 13 taekvondoçu təmsil edəcək
Azərbaycan paracüdoçuları Qran-Prini altı medalla başa vurublar
Bakıda FIA-nın Baş Assambleyasının iclasları başlayıb
Dünya çempionu boks üzrə Azərbaycan birinciliyinə qələbə ilə başlayıb