Fransa Ali Məhkəməsi müsəlman qadınların hüquqlarını pozan qanunu təsdiqləyib
Bakı, 26 sentyabr, AZƏRTAC
Fransa Ali Məhkəməsi hökumətin təhsil müəssisələrində müsəlman qadınların geyim tərzi olan əbayaya qoyduğu qadağanın qanuni olduğuna qərar verib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Fransanın Dövlət Şurası məktəblərdə bəzi müsəlman şagirdlərin geyindiyi əbayaya qadağa qoyulmasına etiraz edən üç təşkilatın müraciətini rədd etdiyini bildirib. Ötən həftə Fransadakı “Sud Education Paris”, “La Voix Lyceenne” və “Le Poing Leve” liseyləri fransız hökumətinin ötən ay tətbiq etdiyi qadağaya qarşı apellyasiya şikayəti verib. Avqustun 31-də Müsəlman Hüquqları Fəaliyyətinin (ADM) vəkili Vincent Brenqart da “bir neçə fundamental azadlıqları” pozan əbaya qadağasının dayandırılmasını tələb etmək üçün Dövlət Şurasına müraciət edib. Lakin sentyabrın 7-də Dövlət Şurası ADM-nin müraciətini rədd edərək bildirib: “Bu qadağa şəxsi həyata hörmət hüququnu, dini etiqad azadlığını, təhsil hüququnu ciddi şəkildə pozmur və tamamilə leqaldır”.
Fransa hökumətinin mübahisəli addımı son illərdə məscidlərə və xeyriyyə fondlarına basqınlar da daxil olmaqla, bəyanatlar və siyasi qərarlarla müsəlmanları hədəfə aldığı və icmaya geniş məhdudiyyətlər qoyan “separatçılıq əleyhinə qanun”a görə tənqid edilən hökumətə qarşı kəskin reaksiyaya səbəb olub. Müsəlman qadınlar Parisdə hökumət binasının qarşısında etiraz aksiyaları təşkil ediblər.
Türkiyə vətəndaşlarının Qəzzadan təxliyə işləri bərpa edilib
Ukrayna ərazisinə qanadlı raket və kamikadze dronları ilə hücum edilib
“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək
Paraqvaylı deputat təyyarə qəzasında həlak olub
Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub