ABŞ Ukraynaya əlavə hərbi yardım paketi ayırmaq niyyətindədir
Bakı, 26 sentyabr, AZƏRTAC
ABŞ Kiyevin ehtiyaclarını nəzərə alaraq Ukraynaya əlavə hərbi yardımlar göndərməyə davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə əlaqələndirici Con Kirbi Bloomberg agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, zaman keçdikcə döyüşlərin xarakteri dəyişir və ABŞ bütün diqqətini hazırda Kiyevə daha çox ehtiyac duyulan silahların tədarükünə yönəldib. Con Kirbi, həmçinin gələcək tədarüklərlə bağlı Ukrayna ilə danışıqların davam etdiyini bildirib.
Ağ evin nümayəndəsi Ukraynaya ATACMS taktiki raketlərin mümkün tədarükü ilə bağlı suala cavab verməkdən yayınıb.
NBC telekanalının məlumatına görə, ötən həftə Cozef Bayden Volodimir Zelenskiyə Vaşinqtonun Kiyevə ATACMS taktiki raketlərin kiçik partiyasını göndərəcəyini vəd edib.
İsveçin Baş naziri: Ölkəmizdə müsəlmanların təhlükəsizliyi olduqca vacibdir
İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu-Yorkda müzakirələr aparıb
Qəzzadan daha 23 xəstə Türkiyəyə gətirilib
Məşhur geoloq Türkiyədə güclü zəlzələ gözlənildiyi ilə bağlı xəbərdarlıq edib