Xankəndiyə növbəti humanitar yardım karvanı yola salınıb VİDEO
Ağdam, 26 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Sentyabrın 26-da Xankəndiyə növbəti humanitar yardım karvanı yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 4 yük avtomobili 40 ton unu, gigiyenik vasitələri, yataq dəstlərini ünvana çatdıracaq. Həmçinin növbəti təcili tibbi yardım avtomobili Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.
Humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb.
Ötən ay Naxçıvanda 876 daşınmaz əmlak obyekti dövlət reyestrində qeydiyyata alınıb
Yevlaxda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib
Mina partlaması nəticəsində yaralanan ANAMA əməkdaşının vəziyyəti orta ağırdır - AÇIQLAMA
ADAU-nun rektoru: Müasir dövrdə torpaq resursları misli görünməmiş antropogen təsirlərlə üzləşir
Aydın Kərimov: Şuşaya 2026-cı ilin sonuna qədər iki min ailə köçürüləcək