×
A
A
A
Sazlamalar

Şirvanda şəhid ailələri ziyarət olunub

Şirvan, 25 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

27 Sentyabr - Anım Günü ərəfəsində Şirvan şəhərindən olan Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələri ilə görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, Şirvan Şəhər Prokurorluğunun, Şirvan Şəhər Məhkəməsinin rəhbərliyi, şəhər icra hakimiyyətinin müavinləri iştirak ediblər. Ziyarət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından danışılıb.
Həmçinin şəhidlərimizin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Bildirilib ki, şəhidlərimiz Vətən uğrunda canlarını fəda etməklə özlərindən sonra gələn nəsillər üçün qəhrəmanlıq salnaməsi olaraq əbədi yaddaşlara həkk olunub.
Görüş zamanı şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Regionlar 2023-09-25 23:31:00