Azərbaycan boksçuları beynəlxalq turniri altı medalla başa vurublar
Bakı, 25 sentyabr, AZƏRTAC
Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda milli komandanın 6 üzvü medal əldə edib.
Yığmanın heyətində Zeynəb Rəhimova qalib adına layiq görülüb. 54 kiloqram çəkidə çıxış edən idmançı finalda rusiyalı Ulyana Savronu məğlub edərək qızıl medala yiyələnib.
Tural Sarıyev (48 kiloqram), Nicat Hüseynov (54 kiloqram), İlqar Salahov (67 kiloqram), Rəşid Həsənov (71 kiloqram) və Mehparə Məmmədova (48 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, boksçular Bakıya sentyabrın 26-da qayıdacaqlar.
Çempionlar Liqası: “Qalatasaray” – “Mançester Yunayted” – 3:3
Qurban Qurbanov: Sabah meydana qələbə üçün çıxacağıq
“Qarabağ”ın legioneri: Hava şəraiti və süni örtük bizə çətinlik yarada bilər
Azərbaycanın dörd güləşçisi hərbçilər arasında dünya çempionu olub YENİLƏNİB