Misirdə prezident seçkiləri dekabrın 10-12-də keçiriləcək
Bakı, 25 sentyabr, AZƏRTAC
Dekabrın 10-dan 12-dək Misirdə prezident seçkiləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Misir Mərkəzi Seçki Komissiyasının sədri Valid Həmzə məlumat verib.
“Misir hakimiyyəti seçki hüququna malik ölkə vətəndaşlarını 2023-cü il dekabrın 10-dan 12-dək ölkə ərazisində keçiriləcək prezident seçkilərində iştiraka dəvət edir”, - deyə Valid Həmzə bildirib. Onun sözlərinə görə, ölkə xaricində seçkilər dekabrın 1-dən 3-dək təşkil olunacaq.
Qeyd edək ki, 2014-cü ildə hakimiyyətə gələn Əbdül Fəttah əs-Sisi 2019-cu ildə bir dəfə seçilmək məhdudiyyəti saxlanılmaqla, prezidentlik müddətinin dörd ildən altı ilədək uzadılmasını nəzərdə tutan dəyişikliyi qəbul edib. Eyni zamanda, ölkə prezidentinin səlahiyyətini 2024-cü ilədək uzadan və əs-Sisiyə üçüncü dəfə dövlət başçısı seçilməyə imkan verən “keçid maddəsi” də qəbul olunub.
Türkiyə vətəndaşlarının Qəzzadan təxliyə işləri bərpa edilib
Ukrayna ərazisinə qanadlı raket və kamikadze dronları ilə hücum edilib
“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək
Paraqvaylı deputat təyyarə qəzasında həlak olub
Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub