Fransada ultra sağçılar yenidən senata qayıdıblar
Fransada ultra sağçılar yenidən senata qayıdıblar
Paris, 25 sentyabr, AZƏRTAC
Fransa senatına seçkilərdə diqqət çəkən məqam ultra sağçıların yenidən senata qayıdışıdır. Sağçılar və mərkəzçilər üstünlüyü saxlayıb. Makronistlər isə həmişəki kimi çox az mandatla kifayətlənməli olub.
AZƏRTAC xəbər verir ki, Fransanın 45 seçki dairəsində 170 yeni senator seçilib. Hər üç ildən bir keçirilən seçkilərdə sağlar senatda üstünlüyü saxlaya biliblər. Solçu qrupların təmsilçilərinin sayı isə 100-ə çatıb. Seçkilərdə ultra sağçıların üç nümayəndəsi qalib gəlib ki, bu da onların senata qayıdışı adlandırılır.
Ultra sağçı “Milli Birlik” (RN) partiyasının yeni nümayəndələri Milli Assambleyadakı 88 ultra sağçı deputatla birgə işləyərək, Lüksemburq Sarayında "möhkəm, lakin konstruktiv müxalifətə" rəhbərlik etmək istəklərini reallaşdırmaq niyyətindədir.
Ukrayna ərazisinə qanadlı raket və kamikadze dronları ilə hücum edilib
“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək
Paraqvaylı deputat təyyarə qəzasında həlak olub
Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub
Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib