Dövlət qurumlarının əməkdaşları arasında atıcılıq üzrə yarışın qalibləri müəyyənləşib
Bakı, 24 sentyabr, AZƏRTAC
Bakı Atıcılıq Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında ilk dəfə keçirilən stend atıcılığının "sporting" növü üzrə yarışa yekun vurulub.
AZƏRTAC xəbər verir ki, qurumların qadın və kişilərdən ibarət qarışıq komandalarından ilk "dördlüy"yə düşənlər finalda mübarizə aparıblar.
Qadınlar arasında Gənclər və İdman Nazirliyinin əməkdaşı yarışı birinci yerdə tamamlayaraq qızıl medala layiq görülüb. İkinci və üçüncü yerləri, müvafiq olaraq, Daxili İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin əməkdaşları tutublar.
Kişilər arasında Ədliyyə Nazirliyinin əməkdaşı qızıl, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı gümüş, SOCAR-ın əməkdaşı isə bürünc medala layiq görülüb.
Qarışıq komanda yarışında Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət kollektiv fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Maliyyə Nazirliyi gümüş, Gənclər və İdman Nazirliyi isə bürünc mükafata sahib çıxıblar.
Yaxşı nəticə göstərən komandaların əməkdaşlarına medallarla yanaşı, diplom və hədiyyələr də təqdim edilib.
Çempionlar Liqası: “Qalatasaray” – “Mançester Yunayted” – 3:3
Qurban Qurbanov: Sabah meydana qələbə üçün çıxacağıq
“Qarabağ”ın legioneri: Hava şəraiti və süni örtük bizə çətinlik yarada bilər
Azərbaycanın dörd güləşçisi hərbçilər arasında dünya çempionu olub YENİLƏNİB