Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-ü saat 07 radələrində 1997-ci il təvəllüdlü Tərlan Mədətovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nəsimi rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı 1999-cu il təvəllüdlü Səhrab Məlikovun rayonun M.Qaşqay küçəsində yerləşən evdə tanışı Tərlan Mədətovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Səhrab Məlikov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
TƏBİB tabeliyində olan tibb müəssisələrində 1804 nəfər qrip əleyhinə peyvənd olunub
COP28: Yoxsul ölkələr iqlim ödənişləri uğrunda 30 illik mübarizədə qalib gəlir
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yayılan iddialara cavab verib
Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib