Şəkidə tütünçülük sahəsində iki mindən çox sakinin məşğulluğu təmin olunub
Şəki, 24 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. Şəkili fermerlər mövsümün əvvəlindən indiyədək 2769 ton quru tütün istehsal ediblər. İstehsal olunan quru tütünün 1021 tonu tədarükçü müəssisələrə təhvil verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Bildirilib ki, bu il Şəki rayonunun təsərrüfatlarında 1467 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 1019 hektar sahədə “Virciniya botaniki”, 448 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 217 hektar artıb.
Qurum rəsmisinin sözlərinə görə, hazırda rayonda 700-dək fermer tütünçülüklə məşğul olur. Tütünçülük təsərrüfatlarında 2 mindən çox kənd sakininin məşğulluğu təmin olunub. Rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində 281 ədəd tütünqurutma kamerası var. Sahələrdən dərilən yaş tütün birbaşa emal məntəqələrinə gətirilərək qurutma kameralarına yerləşdirilir. Yerli növ tütün isə istehsalçıların özləri tərəfindən ipə düzülərək qurudulur.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1250 hektar sahədən 3602,5 ton quru tütün əldə ediblər.
Gəncədə baş verən yanğının təfərrüatları məlum olub YENİLƏNİB VİDEO
Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsi təqdim olunub
Saatlı sakini “Karabin” silahını və xeyli sayda patronu polisə təhvil verib
Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkasına 40 rayondan məhsul çıxarılacaq
Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB