Dünya çempionatı: Erməniyə qalib gələrək finala çıxan Azərbaycan güləşçisi Olimpiadaya lisenziya qazanıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycanın iki yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov və 67 kiloqramda yarışan Murad Məmmədov mundialın həlledici qarşılaşmalarına vəsiqə əldə ediblər.
Yarımfinalda M. Məmmədov Serbiya təmsilçisi Giorgi Tibilova 4:1, H. Cəfərov isə ermənistanlı Slavik Qalstyana 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Həsrət Cəfərov finala çıxmaqla həm də "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağı keçirilib, idarə heyətinə yeni üzv seçilib
Azərbaycanı Avropa çempionatında 13 taekvondoçu təmsil edəcək
Azərbaycan paracüdoçuları Qran-Prini altı medalla başa vurublar
Bakıda FIA-nın Baş Assambleyasının iclasları başlayıb
Dünya çempionu boks üzrə Azərbaycan birinciliyinə qələbə ilə başlayıb