Anar Eyvazov: Azərbaycan Ordusu hazırda silahların və döyüş sursatlarının qəbul edilməsi prosesini aparır
Bakı, 23 sentyabr, AZƏRTAC
Hazırda Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingenti ilə qarşılıqlı əlaqə və sıx əməkdaşlıq şəraitində silahların, döyüş sursatlarının qəbul edilməsi prosesini həyata keçirir.
AZƏRTAC-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.
Qeyd olunub ki, artıq kifayət qədər döyüş sursatı və silah, eyni zamanda, texnika təcrid edilib. Hazırda Şuşada səfərdə olan hərbi attaşelər və beynəlxalq təşkilatın nümayəndələri də bu silah və texnika ilə tanış olacaqlar.
İntellektual qabiliyyətli bölmələrdən tərxis edilən gənclərlə görüş olub
Azərbaycan-Qazaxıstan hərbçilərinin iştirakı ilə “Tərlan-2025” təlimi keçirilir VİDEO
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək