Bakı Böyük Dəbilqə turniri: Azərbaycan cüdosunun maskotu təqdim olunub
Bakı, 22 sentyabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Bakı Böyük Dəbilqə turnirinin ilk günündə Azərbaycan Cüdo Federasiyası rəsmi maskotunu geniş ictimaiyyətə təqdim etdi.
AZƏRTAC xəbər verir ki, Azərbaycan cüdosunun simvolu kimi seçilən bəbir öz çevikliyi, sürəti, zərifliyi, misilsiz gücü və ağlı ilə tanınır.
Maskot üçün "Leopard" və "cüdo" sözlərinin birləşməsindən yaranan “Ledo” adı seçilib.
Ledo arenada gəzərkən azarkeşləri əyləndirməklə yanaşı, idmançıları öz sərhədlərini aşmağa və hər görüşdə mükəmməlliyə can atmağa həvəsləndirəcək.
Çempionlar Liqası: “Qalatasaray” – “Mançester Yunayted” – 3:3
Qurban Qurbanov: Sabah meydana qələbə üçün çıxacağıq
“Qarabağ”ın legioneri: Hava şəraiti və süni örtük bizə çətinlik yarada bilər
Azərbaycanın dörd güləşçisi hərbçilər arasında dünya çempionu olub YENİLƏNİB