Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübələri öyrənilir
Bakı, 22 sentyabr, AZƏRTAC
Pambıqçılığın inkişafına həsr olunmuş tarla seminarı keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda keçirilən tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor və müəllim heyəti, Dövlət Aqrar və İnkişaf Mərkəzlərinin, Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, alimlər, mütəxəssislər və pambıqçı fermerlər iştirak ediblər.
Açıq tarla şəraitində keçən tədbiri açan institutun direktoru İbrahim Cəfərov ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi istehsal sahələrindən olan pambıqçılığın inkişafı ilə bağlı atılan addımlardan danışıb. Qeyd edib ki, ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübələrinin tətbiqi istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Bu sahədə qarşıda duran vəzifələrdən biri də pambığın toxumçuluq məsələləri üzərində çalışmaq və yerli sortlardan istifadəni genişləndirməkdir. Milli toxumçuluğun inkişafına, toxum asılılığının azaldılmasına xüsusi diqqət yetirməklə elmi-tədqiqat bazalarının fəaliyyətinin yaxşılaşdırılmasına yönəlməli olan layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra pambıqçılığın qarşısında duran əsas vəzifələr, yerli və xarici pambıq sortlarının vegetasiya müddətində məhsuldarlığın artırılmasına təsir edən amillər, toxumçuluğun qurulması, stres faktorlara davamlı yerli pambıq sortlarının yaradılması haqqında məlumat verilib.
Sonda seleksiya təcrübələri və toxumluq əkin sahələrinə baxış keçirilib, institutda aparılan seleksiya işləri haqqında məlumat verilib.
Gələn il Ağdam Sənaye Parkında 10-a yaxın müəssisənin açılışı planlaşdırılır – EKSKLÜZİV VİDEO
Naxçıvanda oftalmologiyaya həsr olunmuş regional konfrans və tibbi aksiya keçirilir
GDU-nun tələbəsi ümumrespublika bədii qiraət müsabiqəsində uğur qazanıb
Naxçıvan teatrı beynəlxalq festivalda ölkəmizi təmsil edib
Yardımlıda narkotacirlərdən 10 min ədəd narkotik tərkibli həb aşkarlanaraq götürülüb VİDEO