Estoniyanın nümayəndə heyəti məşğulluq sahəsində Azərbaycan təcrübəsi ilə tanış olub
Bakı, 22 sentyabr, AZƏRTAC
Estoniya Respublikasının İşsizlikdən Sığorta Fondunun nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.
Səfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə 2023-cü il üçün imzalanan “Fəaliyyət Planı” çərçivəsində baş tutub.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, səfərin ilk günündə Dövlət Məşğulluq Agentliyində “İşəgötürənlərə dəstək mexanizmlərini genişləndirməklə işsiz şəxslərin məşğulluq imkanlarının artırılması” mövzusunda görüş təşkil edilib. Görüşdə qonaqlara agentliyin iş prinsipi, fəaliyyət istiqamətləri haqqında məlumat verilib, ölkələr arasında məşğulluq sahəsində görülmüş işlərlə bağlı təcrübə mübadiləsi aparılıb.
Nümayəndə heyəti də öz növbəsində fondun tarixi, fəaliyyəti və görülən işlər barədə məlumat verib. Daha sonra tərəflər arasında işsiz şəxslərin məşğulluq imkanlarının artırılması, karyera planlaması, işsizlikdən sığorta kimi mövzularda müzakirə aparılıb, gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Səfər çərçivəsində nümayəndə heyətinin DOST Agentliyinə və Bakı Regional Məşğulluq filialına səfəri də planlaşdırılıb.
BMT, ÜST və UNESCO Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı müraciət yayıblar
Astarada yeniyetmə və gənclərə narkomaniyanın sağlamlığa zərərli təsiri barədə məlumat verilib
Dekabrın 1-i QİÇS-lə Mübarizə Günüdür
Metronun “8 Noyabr” stansiyasında təlim keçirilib
Bu gün dünyada su və torpaq resurslarının istehsal imkanları son həddədir