ADAU-da Beynəlxalq Ərzaq, Kənd Təsərrüfatı və Baytarlıq Elmləri üzrə VI beynəlxalq konfrans keçirilib VİDEO
Gəncə, 22 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) və EGE Universiteti ilə birlikdə hibrid formatda Beynəlxalq Ərzaq, Kənd Təsərrüfatı və Baytarlıq Elmləri üzrə VI beynəlxalq konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda əvvəlcə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı konfrans iştirakçılarına nümayiş olunub.
Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, konfransın əsas məqsədi dünyada kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə elmi nailiyyətlər əldə etmiş alimlərin birgə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov konfrans iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzu edib. Mövzunun aktuallığından danışan nazir müavini ölkə əhalisinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Ege Universitetinin rektoru Necdet Budak, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun rəhbəri Mustafa Latif Emek və Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop Türkiyə və Azərbaycan arasında olan möhkəm qardaşlıq əlaqələrindən söz açaraq, konfransın işinə uğurlar arzu ediblər.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, İKSAD təşkilatının Azərbaycan üzrə rəhbəri Elvan Cəfərov da çıxışlar edərək fikirlərini səsləndiriblər.
Konfrans işini bölmələrdə davam etdirib.
Gələn il Ağdam Sənaye Parkında 10-a yaxın müəssisənin açılışı planlaşdırılır – EKSKLÜZİV
Naxçıvanda oftalmologiyaya həsr olunmuş regional konfrans və tibbi aksiya keçirilir
GDU-nun tələbəsi ümumrespublika bədii qiraət müsabiqəsində uğur qazanıb
Naxçıvan teatrı beynəlxalq festivalda ölkəmizi təmsil edib
Yardımlıda narkotacirlərdən 10 min ədəd narkotik tərkibli həb aşkarlanaraq götürülüb VİDEO