Səkkiz ayda Qəbələdə 9,1 milyon manatlıq sənaye məhsulu ixrac olunub
Qəbələ, 22 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 86 milyon 716,3 min manatlıq məhsul istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 402,4 min manat və ya 10,7 faiz çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, istehsal edilən sənaye məhsulunun 11 faizi dövlət, 89 faizi qeyri-dövlət sektorunun payına düşüb. Səkkiz ayda rayonda 9 milyon 120,4 min manatlıq sənaye məhsulu ixrac olunub. Bu, istehsal olunan sənaye məhsulunun 10,5 faizini təşkil edir.
İdarədən verilən məlumata görə, Qəbələ rayonunun sənayesi əsasən, mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir. Cari ilin yanvar-avqust aylarında rayonda istehsal edilən sənaye məhsulunun 86,7 faizi emal sektorunun payına düşüb.
Biləsuvarda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları aşkarlanıb
Masallıda şəhər ərazisindən avtomat tapılıb
Lənkəranda 60 yaşlı qadın ana olub
Bir müddət öncə qızılca xəstəliyinin qeydə alındığı gimnaziyadan reportaj
GDU-da “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib