×
A
A
A
Sazlamalar

Çin və Suriya strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb

Pekin, 22 sentyabr, AZƏRTAC

Çin Xalq Respublikası və Suriya Ərəb Respublikası strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də Çinin Hancou şəhərində görüşən Çin lideri Si Cinpin və Suriya Prezidenti Bəşər Əsəd iki ölkənin strateji tərəfdaşlığını elan ediblər.
Si Cinpin deyib ki, Çin-Suriya münasibətləri beynəlxalq vəziyyətdəki dəyişikliklərin sınağından keçib, dostluq münasibətləri daha da möhkəmlənib. O, strateji tərəfdaşlığın Çin-Suriya münasibətlərində mühüm mərhələ olacağını söyləyib.
Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd Hancouda keçiriləcək 19-cu Asiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Çində səfərdədir.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2023-09-22 14:20:00