Yaponiyada anomal isti səbəbindən 35 min nəfər xəstəxanaya yerləşdirilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Yaponiyada müşahidə olunan anomal istilər səbəbindən avqust ayında azı 34,8 min nəfər xəstəxanalara yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, müvafiq dövlət qurumlarının məlumatına görə, isti vurması səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 70 faiz artıb. Nəticədə 48 nəfər həyatını itirib, 11,1 min nəfərin vəziyyəti isə orta ağır olub.
Sentyabrın 19-da Yaponiyada 1994-cü ildən bəri ən yüksək temperatur qeydə alınıb. Ölkədə artıq 46 gündür ki, havanın hərarəti 35 dərəcədən aşağı enmir. Yerli hakimiyyət orqanları sentyabrın ikinci yarısı üçün xarakterik olmayan hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı davranmağa çağırıb.
NHK telekanalının sentyabrın 11-də keçirdiyi sorğunun nəticələrinə əsasən, Yaponiya əhalisinin 83 faizi qlobal istiləşmə ilə bağlı havanın hərarətinin yüksəlməsindən və leysan yağışların artmasından narahatdır.
Ukrayna ərazisinə qanadlı raket və kamikadze dronları ilə hücum edilib
“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək
Paraqvaylı deputat təyyarə qəzasında həlak olub
Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub
Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib