Azərbaycan Texnologiya Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir
Gəncə, 22 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Elm və Təhsil Nazirliyinin nəzdində olan Molekulyar Biologiya və Biotexnologiyalar Elmi-Tədqiqat İnstitutu (MBBETİ) arasında görüş keçirilib. Bu məqsədlə MBBETİ-nin icraçı direktoru Ələmdar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texnologiya Universitetində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərovla keçirilən görüşdə Azərbaycan Texnologiya Universiteti və Molekulyar Biologiya və Biotexnologiyalar Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığın qurulması məsələləri müzakirə edilib.
Görüş zamanı birgə elmi araşdırmaların aparılması, elmi tədbirlərin, konfransların, seminarların təşkili, gənc tədqiqatçılara dəstək, kadr hazırlığı, doktorantlara rəhbərlik və.s kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Biznesin idarə edilməsinin müasir problemləri - MDU-da növbəti ustad dərsi
"Azəristiliktəchizat” rəsmisi Neftçala və Salyan sakinlərini dinləyəcək
Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Göytəpəçayın kənarından silah-sursat aşkarlanıb
Sumqayıtda yol qəzasında həyatını itirən şəxsin kimliyi məlum olub