Şuşa rayonu ərazisində mina hadisəsi baş verib
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Şuşa rayonunun Xəlfəli kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin məlumatında deyilir.
Məlumata əsasən, Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü mülki şəxs idarə etdiyi traktorla minaya düşüb. Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyati təhlükəsi yoxdur.
Mülki təyinatlı sahələrin minalanması bir daha Ermənistanın dinc əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür.
Paytaxt havasında dəm qazı, Sumqayıtda isə azot-4 oksidin miqdarı normadan çox olub
“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər başlayıb
Dekabrın 8-də Şahdağ Milli Parkında “Açıq qapı” günü keçiriləcək
ABŞ-ın bir sıra ştatlarından quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Qeyri-sabit hava şəraiti dekabrın 7-si axşamadək davam edəcək