Yaponiya Mərkəzi Bankı yumşaq pul siyasətini davam etdirəcək
Bakı, 22 sentyabr, AZƏRTAC
Yaponiya Mərkəzi Bankı iki gün davam edən iclasın nəticələrinə əsasən, özünün yumşaq pul siyasətini davam etdirmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bazarın stimullaşdırılması üçün bank qısamüddətli faiz dərəcəsini 0,1 faiz səviyyəsində saxlamaq barədə qərar qəbul edib. Eyni zamanda, ölkənin əsas maliyyə tənzimləyicisi uzunmüddətli kreditlər üçün faiz dərəcəsi tavanının bazardakı vəziyyətdən asılı olaraq 1 faiz səviyyəsində saxlanılması barədə qərarı qüvvədə saxlayıb.
Sərmayəçilərin gözləntilərinə uyğun gəldiyi üçün valyuta bazarı Mərkəzi Bankın qərarına mülayim reaksiya verib. Yenin dollar qarşısında məzənnəsi 0,15 faiz səviyyəsində güclənib və 1 dollara görə 148,01-148,02 yenə yüksəlib. Yerli analitiklər isə ümumilikdə milli valyutanın dollara nisbətdə ucuzlaşacağını proqnozlaşdırır.
Tailandda avtobusun ağaca çırpılması azı 14 nəfərin ölümünə səbəb olub
Daha 130 Türkiyə vətəndaşı Qəzza zolağından evlərinə qayıdıb
ABŞ-ın Milli Aerokosmik Agentliyi Aya eniş edəcəyi tarixi açıqlayıb
Süni intellekt imkanları olan “Windows 12”nin buraxılacağı tarix açıqlanıb
Şimali Makedoniyada prezident və parlament seçkilərinin tarixi müəyyənləşib