Sabah əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycanda sentyabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntı tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-20°, gündüz 23-28° isti, dağlarda gecə 4-9°, gündüz 12-17° isti olacağı ehtimal edilir.
Qubadakı konfransda zərərli vərdişlərin insan sağlamlığına vura biləcəyi fəsadlarından danışılıb
Azərbaycanda məişət zorakılığında təqsirləndirilən 622 nəfərin 94 faizini kişilər təşkil edib
Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağında məskunlaşan 40-a yaxın uşaq qızılcaya yoluxub
Xəbərdarlıqlara baxmayaraq normadan çox yük daşınması halları hələ də müşahidə olunur