×
A
A
A
Sazlamalar

Masallıda beş heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə sentyabrın 19-21-də Masallı rayonunda monitorinqlər aparıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə https://afsa.gov.az/ linkində tanış olmaq olar.


 

Cəmiyyət 2023-09-22 12:46:00