Cəlilabadda təhsil müəssisəsində külli miqdarda dövlət əmlakı mənimsənilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı həmin məktəbdə 2018-ci il oktyabrın 8-dən cari ilin 10 martınadək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam edir.
Faktiki hava: Ölkə ərazisində müşahidə olunan küləyin sürəti zəifləyib
Daha bir müharibə əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb
Bakıda məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş konfrans keçirilir
DİN: Ötən gün qanunsuz saxlanılan 4 tüfəng aşkar edilərək götürülüb