×
A
A
A
Sazlamalar

MDB ölkələrinin transfuziologiya məsələləri üzrə Ekspert şurasının iclası keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

MDB-nin Minskdəki mənzil-qərargahında Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin transfuziologiya məsələləri üzrə Ekspert şurasının iclası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda qan xidmətlərinin təhlükəsizliyi, idxalın əvəzlənməsi, transfuziologiya üzrə əldə olunmuş nailiyyətlərə xüsusi diqqət yetirilib.
Ekspertlər birgə elmi tədqiqatların, o cümlədən istehsalat məkanlarının təşkili, qan xidmətlərinə kadrların hazırlanması və mütəxəssislərin ixtisasının artırılmasına vahid yanaşma, habelə onların bilik və praktiki bacarıqları səlahiyyətlərinin ortaq siyahısının hazırlanmasında maraqlı olduqlarını qeyd ediblər.
İclasın əsas mövzusu “Qan və onun komponentlərinin donorluğu zamanı donor tərəfindən kompensasiyanın məbləğinin müəyyən edilməsi qaydası və enerji xərclərinin hesablanması üsulları”, “Qan və onun təhlükəsizliyinə, keyfiyyətinə dair tələblər”, “Qan və onun komponentlərinin tibbi istifadəsi proseduru haqqında təlimat”, “Potensial hematopoetik kök hüceyrə donorlarının reyestrinə daxil edilməsi üçün sağlamlıq vəziyyəti parametrlərinə dair tələblər” adlı metodiki sənəd layihələrinin müzakirəsi olub.
Mütəxəssislər Ekspert şurasının cari ilin birinci yarısında fəaliyyətinə yekun vuraraq, əsas iş istiqamətlərini və gələcək üçün tədbirləri, o cümlədən 2024-cü ildə Rusiyada Hematoloqların və Transfuzioloqların Beynəlxalq Forumunun keçirilməsini müzakirə ediblər.
İclasda, həmçinin gələn il MDB ölkələrində insan qan plazmasından hazırlanan dərman vasitələrinin və tibbi məhsulların keyfiyyəti və əlçatanlığına dair statistik məlumatlara əsasən analitik icmalın hazırlanması qərara alınıb.

Cəmiyyət 2023-09-22 12:31:00