Azərbaycan dünyada sülhün bərqərar olmasına töhfə verməklə yanaşı, onun təşviqində də böyük rol oynayır
Gəncə, 22 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 21 Sentyabr – Beynəlxalq Sülh Gününə həsr edilən tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
Çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva Beynəlxalq Sülh Gününün BMT tərəfindən təsisolma tarixindən və yaranma səbəblərindən danışıb. Qeyd edib ki, Azərbaycan xalqı hər zaman sülhsevər xalq olub. Ölkəmiz dünyada sülhün bərqərar olmasına töhfə verməklə yanaşı, onun təşviqində də böyük rol oynayır.
Tədbirdə Filologiya fakültəsinin müəllimi Vüsal İsgəndərovun, tələbələr Zamin Abbasovun, Aysu Cəfərovanın, Nigar Məmmədovanın, Nəzrin Novruzlunun mövzu ilə bağlı məruzələri dinlənilib.
Sonda tədbir iştirakçıları universitetin qarşısında sülhün rəmzi olan ağ göyərçinləri səmaya buraxıblar.
ENGAGE layihəsi çərçivəsində MDU-da növbəti görüşlər baş tutub
MDU-da “Uğurlu innovativ biznes” mövzusunda panel müzakirə təşkil edilib
AMEA-nın Şəki Regional Elmi Mərkəzində Beynəlxalq elmi konfrans keçirilib
Qaxda qızılcaya yoluxan azyaşlılar həkim nəzarətindədir - REPORTAJ VİDEO
Həkim: Qızılcaya yoluxan tovuzlu bacı-qardaş evə buraxılıb VİDEO