Azərbaycan Tibb Universitetinin nəzdində Psixoloji Mərkəz yaradılıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Böyük Elmi Şurasının qərarına əsasən, universitetin nəzdində psixoloji mərkəz yaradılıb.
AZƏRTAC ATU-ya istinadla bildirir ki, mərkəzdə universitetin professor-müəllim və işçi heyətinə, o cümlədən tələbələrə psixoloji yardım göstərilir. Mərkəzin rəhbəri, klinik psixoloq və psixoterapevt Günel Abbasovanın sözlərinə görə, şəxsi həyatında, sosial mühitlə bağlı, həmçinin adaptasiya olunmaqda çətinliklər yaşayan həkim, müəllim və ya inzibati-texniki işçilər, eləcə də tədrisdə problemləri olan tələbələr bu mərkəzə müraciət edə bilər.
Mərkəz ATU-nun beş klinik psixoloqunun fəaliyyətini əhatə edir. Belə ki, Tədris Terapevtik Klinikada 3, Lökbatan poliklinikasında 1 və Yasamal rayonunda yerləşən 16 saylı poliklinikada 1 nəfər olmaqla, mütəxəssislər ehtiyacı olanları qəbul edir. İş qrafiki səhər saat 9-dan axşam saat 6-ya kimidir. Konsultasiyalar 3 dildə - Azərbaycan, rus və ingilis dillərində aparıldığından, xarici tələbələr də müraciət edə bilər.
Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Polis əməkdaşları dünən ölkə üzrə 51 tüfəng təhvil götürüblər
DİN: Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Azərbaycanın COP28-dəki pavilyonu fəaliyyətə başlayıb VİDEO
Ay Laçın, can Laçın - strateji mövqedə yerləşən rayonun azad edilməsinin ildönümüdür