Xaçmazda Qudyalçay üzərində yeni körpünün svayları vurulur
Xaçmaz, 22 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Qudyalçay üzərində dağılmış körpünün yerində yenisinin inşası sürətlə davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda yeni körpünün svayları vurulur. Artıq çayın bir tərəfində svay vurulması işləri yekunlaşıb. Qarşı tərəfdə və çayın içində də svaylar vurulduqdan sonra körpünün dayaqlarının inşasına başlanılacaq.
İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni isə 15 metr olacaq. Körpüdə piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub.
Yeni körpünün inşası üçün əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Tikinti işlərinə paralel olaraq hazırda köhnə körpünün qalıqlarının ərazidən daşınması işləri də aparılır.
Qudyalçay üzərində yeni avtomobil körpünün inşasının 2-3 ay ərzində tamamlanması nəzərdə tutulub.
Hazırda sakinlər rayonun Qımılqışlaq kəndindən keçən alternativ yoldan istifadə edirlər.
Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Göytəpəçayın kənarından silah-sursat aşkarlanıb
Sumqayıtda yol qəzasında həyatını itirən şəxsin kimliyi məlum olub