FHN-in Qarabağ Regional Mərkəzinin rəisi: Yük karvanı Ağdam-Xankəndi yolu ilə hərəkət edəcək VİDEO
Ağdam, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qərarı ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün, zəruri ərzaq məhsullarının göndərilməsi nəzərdə tutulub. Sentyabrın 22-də hər birinin tutumu 20 ton olan iki ədəd yük avtomobilində zəruri ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də çörək dolu 2 ədəd avtomobil Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı Ağdam-Xankəndi yolu ilə hərəkət edəcək. Karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq.
Bu sözləri AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev deyib.
M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib. "Bundan sonra da bu kimi humanitar yüklərin göndərilməsi təmin olunacaq”, - deyə FHN rəsmisi bildirib.
Naxçıvanda xüsusi iqtisadi rejim tətbiq olunacaq
Biləsuvarda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları aşkarlanıb
Masallıda şəhər ərazisindən avtomat tapılıb
Lənkəranda 60 yaşlı qadın ana olub
Bir müddət öncə qızılca xəstəliyinin qeydə alındığı gimnaziyadan reportaj