Qaradağ və Səbail rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Bakı, 22 sentyabr, AZƏRTAC
SOCAR “Azəriqaz” İB paytaxtın Qaradağ və Səbail rayonlarının sakinlərinə müraciət edib.
İB-dən AZƏRTAC-a bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Daşgil-8” ölçü qovşağının çıxış xəttində aparılacaq təmir işləri ilə bağlı sentyabrın 22-si saat 10:00-dan 14:00-dək “Duvannı” və “Qobustan” QPS-lərdən, “El Metal plus” MMC, “DSU-2”, “2 saylı Yol İstismar İdarəsi” və “Polad Yol YAPI sənaye MMC” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Həmçinin Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən “Kristal Bakı” ASC-yə məxsus yaşayış kompleksinin tikinti sahəsindən keçən “Səbail QPS qolu” qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə yeni çəkilmiş magistral qaz kəmərinin bir hissəsinin qaznəqli şəbəkəsinə birləşdirilməsi məqsədilə 22.09.2023-cü il tarixdə saat 09:30-dan təmir işləri başa çatanadək “Səbail” və “Yasamal” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Qobustan qəsəbəsinin (tam olaraq) eləcə də Səbail rayonunun Bayıl qəsəbəsinin (tam olaraq) və Badamdar qəsəbəsinin (bir hissəsinin) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Paytaxt havasında dəm qazı, Sumqayıtda isə azot-4 oksidin miqdarı normadan çox olub
“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər başlayıb
Dekabrın 8-də Şahdağ Milli Parkında “Açıq qapı” günü keçiriləcək
ABŞ-ın bir sıra ştatlarından quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub