×
A
A
A
Sazlamalar

İran mətbuatı Azərbaycanın lokal antiterror tədbirindən yazıb

Bakı, 21 sentyabr AZƏRTAC

Azərbaycan Ordusunun sentyabrın 19-da həyata keçirdiyi lokal antiterror tədbirlərini uğurla başa çatdırması İran mətbuatında əks olunub.
AZƏRTAC-ın məlumatına görə, İranın “Ghatreh”, “Fardanews”, “Ecoiran”, İRNA, “Mehr” və digər informasiya agentliklərinin saytlarında verilən materiallarda Azərbaycan Ordusunun 24 saat ərzində Qarabağda lokal antiterror tədbiri keçirdiyi deyilir.
Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitat gətirilib. Qeyd olunub ki, Azərbaycan öz məqsədinə nail olaraq suverenliyini bərpa etdi. Prezident İlham Əliyev orduya antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması haqqında əmr verib.
Dərc olunan xəbərlərdə nəzərə çatdırılıb ki, Prezident Qarabağın erməni əhalisinin təhlükəsizliyinə və hüquqlarının qorunmasına zəmanət verib.

Siyasət 2023-09-21 19:16:00