×
A
A
A
Sazlamalar

Dmitri Peskov: Qarabağın mənsubiyyəti məsələsi həll olunub

Moskva, 21 sentyabr, AZƏRTAC

Qarabağın mənsubiyyəti üzrə əsas məsələ həll olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib: “Qarabağın mənsubiyyəti üzrə əsas məsələ həll olunub, sülh sazişi istiqamətində ciddi irəliləyiş təmin edilib”. D.Peskov əlavə edib ki, Bakı və İrəvan sülh sazişinin imzalanmasında finiş xəttinə çıxa bilərlər.
Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin Qarabağda nəqliyyat dəhlizlərinin açılmasına dair görüşünün keçiriləcəyi ilə bağlı sualı cavablandıran Kremlin nümayəndəsi deyib: “Hələ ki, bununla bağlı heç nə deyilmir. Təmasların fəallaşdırılması üzrə razılıq əldə edilib, lakin hələ konkret bir şey yoxdur”.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2023-09-21 17:58:00